Azərbaycanda maaşlar azala bilər
Dövlət Statistika Komitəsinin son açıqladığı məlumata görə, Azərbaycanda bu ilin iyul ayında ərzaq məhsullarının qiymətləri 1,7% ucuzlaşıb.
BAKU.WS-in məlumatına görə, bu göstərici ölkədə deflyasiya getdiyinə işarə edir. Deflyasiya yerli valyutanın alıcılıq qabiliyyətinin artması, həmçinin əks istiqamətdə inflayasiya deməkdir. Yəni, sadə dillə desək ölkədəki milli valyutanın dəyəri artır.
Bu proses zamanı əmək haqqı azalır, götürülmüş borclar isə öz növbəsində qalır. Əgər bu proses uzunmüddətli davam edərsə, işçilərin məvaciblərinə daha ciddi formada təsir göstərə bilər. Deflyasiya siyasəti üçün ənənəvi olan nəticələr – istehsalın, investisiyaların və gəlirlərin həcminin aşağı düşməsi – idxalın azalmasına və ixracın genişləndirilməsi üçün ehtiyat güclərin artımına gətirib çıxarır.
Deflyasiya üçün xarakterik olan faiz dərəcəsinin artırılması ölkəyə qısamüddətli kapital axınına səbəb olur. Lakin, deflyasiyanın digər aspekti də var: o, ixracı azaldır və idxalı artırır, çünki deflyasiya zamanı milli valyutanın nübadilə məzənnəsi yüksəlir ki, bu da idxalatçıların imkanlarını genişləndirir.
Ixracatçılar üçün isə milli valyutanın yüksək məzənnəsi ixracdan əldə edilən valyuta gəlirinin milli valyutaya dəyişdirilməsi zamanı daha az mənfəət əldə etmək deməkdir ki, bu da heç də ixracın stimulaşdırılmasına kömək etmir.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Avtobus və metronun qrafiki dəyişə bilər (RƏSMİ AÇIQLAMA)
Azərbaycanda iş qrafikinin dəyişdirilməsilə bağlı sərnişinnəqliyyatın qrafiklərində də dəyişiklik ola bilər. Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri...