DYP reyd keçirdi - polis sərnişinləri danladı (VİDEO)
Yeniliklərdən dərhal xəbərdar olun
Qanunsuz sərnişin daşımaların qarşısının alınması məqsədilə təşkil olunan reyd təxminən iki saat davam edib.
ARB Şəki xəbər verir ki, Şəki və Qax rayonlarında qanunsuz sərnişindaşıma ilə məşğul olan 5 mikroavtobus sürücüsü saxlanılaraq xətdən kənarlaşdırılıb, barələrində inzibati qaydada protokol tərtib olunaraq 40 manat məbləğində cərimələniblər.
Sənədləri qaydasında olmayan sürücülər səbəbindən sərnişinlər üçün də problem yaranıb. Onlar Şəki avtovağzalından qanuni fəaliyyət göstərən avtobuslarla yola salınıb.
Sərnişin: "Həmin maşınlar getməsin deyə qanun nə vaxtdan çıxıb? Mən Bakıya həkimə gedirəm. Bu maşınla ona görə gedirəm ki, 12-yə çatırıq, 1-ə, 2-ə kimi işimizi görüb qurtarır, qayıdırıq. Bəlkə gecə qalası yerim yoxdu şəhərdə, nə etməliyəm? o biri maşınla isə 5-ə çatıram. O zaman isə heç kimlə görüşə bilmirəm".
Bu cür reydlərin mütəmadi olaraq keçirilməsi planlaşdırılır.
BAKU.WS
Oxşar xəbərlər
Nəvələrini gəzdirən baba saxlanıldı: “Hələ yarısı evdə qalıb” - REYD (VİDEO)
Astara rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları sərnişindaşıma sahəsində təhlükəsizliyi təmin etmək məqsəd ilə reyd keçiriblər. BAKU.WS A...