Yol polisi reyd keçirdi, sürücülərlə mübahisə: "Ə o yanı çək...."(VİDEO)
Gəncədə qanunsuz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı reyd keçirilib.
BAKU.WS ARB TV-yə istinadən xəbər verir ki, məqsəd taksi sürücülərini qanuni fəaliyyətə cəlb etmək olub. Bəzi sürücülər maşının üzərindəki "taxi” nişanını götürməklə reyddən yayınmağa çalışıblar. Amma təbii ki, hava şəraitilə bağlı nişanın altında yaranmış iz belələrini müəyyən etməyə imkan verib.
DYP-nin Gəncə şöbəsinin əməkdaşlarının da iştirak etdiyi yoxlamalar zamanı ciddi qanun pozuntuları aşkar edilib. Bir neçə nəqliyyat vasitəsi cərimə meydançasına aparılıb.
Avtomobillə Sərnişindaşıma İdarəsinin şöbə rəisi Oqtay Məmmədov reydlərin davamlı olaraq keçiriləcəyini bildirib.
"Bu reydlər mütəmadi davam edəcək. 15 qeyri- qanuni fəaliyyət göstərən taksi sürücüsünə inzibati qaydada cərimələr tətbiq olundu. 30-a yaxın sürücünü isə fərqlənmə nişanı almağa cəlb etdik. Buradan səslənirəm - fərqlənmə nişanı alaraq taksi fəaliyyətilə məşğul olsunlar, bir də taksi duracaqları nişanları olan yerlərdə dayansınlar”.
Avtomobillə Sərnişindaşıma İdarəsinin məlumatına görə, hazırda Gəncədə 600-dən çox sürücü taksi kimi fəaliyyət göstərir ki, bunlardan da son bir ayda yalnız 100 nəfəri fərqlənmə nişanı alıb.
BAKU.WS
Oxşar xəbərlər
Bakıda polis böyük reyd keçirdi - onlarla sürücü saxlanıldı
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi və Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları paytaxtda növbəti reyd keçirib. APA-nın məlumat...