Dünyanın ən qəribə təsadüfləri - Real Faktlar
30
mar
2018
09:35
Təsadüflər zərurətdən, zərurətlər təsadüfdən doğur - deyirlər. Yaşadığımız həyat isə onlardan istisna olunmayıb. Lakin onlardan eləsi var ki, həqiqətən də maraqlıdır.BAKU.WS təsadüflərin bəzilərini təqdim edir. Mark Tven və Qalley kometi1835-ci ildə Qalley kometi yerin yaxınlığından keçən gün məşhur yazıçı Mark Tven dünyaya gəlir. 1910-cu il komet növbəti dəfə Yerin yaxınlığından keçdiyi gün yazıçı vəfat edir. 1909-cu ildə yazıçı öz ölüm xəbərini yazmışdı: "Mən dünyaya Qalley kometasi ilə gəlmişəm və gələn il həmin komet ilə dünyanı tərk edəcəyəm”. Kitab sahibini tapdı1920-ci ildə yazıçı Enni Perriş Parisdə istirahət edərkən kitab mağazasında sevdiyi uşaq kitabı "Cek Frost və başqa hekayələr”i alır. Enni kitabı ərinə göstərərək uşaqlıqda onu çox sevdiyindən danışır. Əri kitabı Ennidən alaraq titul vərəqindəki yazını oxuyur. "Enni Perriş, 209 H. Uebberstrit, Kolorado Sprinqs”. Bu uşaqlıqda Enniyə məxsus olan həmin kitab idi! Qatardakı yad adamlar1920-ci ildə qatarda eyni kupedə üç ingilis səyahət edirdi. Tanışlıq zamanı qəribə bir təsadüf ortaya çıxır: sərnişinlərdən birinin soyadı Binkhem, ikincisinin soyadı Pauell, üçüncüsünün soyadı isə Binkhem- Pauell idi. Onların bir-biri ilə heç bir qohumluq əlaqəsi yox idi. Kral Umbertonun ikinci simasıİtaliya kralı I Umberto nahar etmək üçün Montsa şəhərində kiçik bir restorana daxil olur. Hörmət əlaməti olaraq kralın sifarişini restoran sahibi qəbul edir. Restoran sahibi həm bədən quruluşu, həm də sifət cizgiləri ilə krala çox bənzəyirdi. Onlar bir qədər söhbətdən sonra başqa oxşar cəhətlər də aşkar edirlər: həm kral, həm də restoran sahibi eyni ildə, eyni gündə və eyni şəhərdə anadan olmuşdular-1844-cü il martın 14-də. İkisinin də həyat yoldaşının adı Marqarita idi. Restoranın sahibi oranı I Umbertonun tacqoyma mərasimi günü açmışdı.Lakin oxşarlıqlar təkcə bununla bitmir. 1900-cü ildə Umbertoya xəbər çatır ki, restoran sahibi bədbəxt hadisə nəticəsində açılan güllədən ölüb. Başsağlığı verməyə macal tapmamış kralın karetasını əhatə edən camaatın içindən bir anarxist atəş açaraq onu öldürür.Nihat HÜSEYNZADƏBAKU.WS
Oxşar xəbərlər
Türkiyədə erməni əsilli yazıçı həbsxanadan qaçdı
Türkiyədə erməni əsilli yazıçı Sevan Nişanyan həbsxanadan qaçıb. BAKU.WS Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayıb. Erməni...