Dünyanı qorxuya salan ölümcül virus - ölənlərin sayı 25-ə çatdı

24
yan
2020
08:59
Çində koronovirusun indiyədək aşkar edilməmiş növünə (2019-nCoV) yoluxanların sayı 835-ə, bu virus səbəbindən ölənlərin sayı isə 25-ə çatıb.
BAKU.WS xarici KİV-ə istinadla xəbər verir ki, ölüm hallarının 24-ü virusun aşkarlandığı və ən çox yayıldığı Xubey vilayətində qeydə alınıb.
Tayvan adasında, Honkonq və Makaoda, Tailand, Cənubi Koreya, Yaponiya, Vyetnam, Sinqapur, ABŞ-da da virusa yoluxma halları təsdiqlənib.
Xatırladaq ki, yeni virus əsasən Uhan şəhərində yayılıb. Onun əlamətləri yüksək hərarət və öskürəkdir.
Oxşar xəbərlər
İndoneziyada sunami və zəlzələ nəticəsində ölənlərin sayı 832-yə çatdı (VİDEO)
İndoneziyanın Sulavesi adasında zəlzələ və sunami nəticəsində ölənlərin sayı 832-yə çatıb.Trend xəbər verir ki, bu məlumatı ölkənin Təbii Fəlakətlərin Qarşısını...
