Dünən keçirilən əməliyyatda 85 nəfər saxlanıldı

Dünən keçirilən əməliyyatda 85 nəfər saxlanıldı
Hadisə 912

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, noyabrın 30-da ölkədə 102 cinayət faktı qeydə alınıb.

Onların da 15-i “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 12 cinayətinaçılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 39 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 1 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 20 nəfər saxlanılıb.

BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Axtarışda olan şəxslər saxlanıldı

Axtarışda olan şəxslər saxlanıldı

Noyabr ayının 16-dan 17-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.Daxili İşlər Nazirliyinin (DİN)...

1085 Hadisə 11:24 17 noyabr 2018

Son xəbərlər