DSX-nin hərbi qulluqçusu yanğın zamanı fədakarlıq göstərib
Yeniliklərdən dərhal xəbərdar olun
Neftçala rayonunun Bankə qəsəbəsində fərdi yaşayış evində baş verən yanğın zamanı Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu öz vətəndaşlıq borcunu layiqincə yerinə yetirib.
DSX-nin Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, 14 aprel tarixində yanğın baş verən ərazinin yaxınlığında müvəqqəti yaşayan DSX-nin Sahil Mühafizəsinin hərbi qulluqçusu kiçik gizir Əliyev Vasif Asif oğlu yanğını görən kimi dərhal hadisə yerinə hərəkət edib. FHN-in Yanğınsöndürmə komandası yanğının genişlənməsinin və digər evlərə keçməsinin qarşısını alarkən, həyatı üçün təhlükəyə baxmayaraq fədakarlıq göstərərək yanan evə daxil olan sərhədçi, köməksiz vəziyyətdə qalan qəsəbə sakini 1987-ci il təvəllüdlü Seyfullayev Famil Fədail oğlunu xilas etmişdir.
Xilasetmə prosesində tüstüdən zəhərlənərək xəsarət almış kiçik gizir V.Əliyev təcili yardım maşını ilə Salyan rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Hal-hazırda onun vəziyyəti yaxşıdır.
Oxşar xəbərlər
Azərbaycan sərhədində atışma - Elçin Quliyev hadisə yerində - FOTO
Dövlət Sərhəd Xidməti (DSX) dövlət sərhədinin mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirlərini davam etdirir.Xidmətin...