DSX-dən hərbçilərin qalmaqallı görüntüləri ilə bağlı AÇIQLAMA - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə Dövlət Sərhəd Xidmətinin (DSX) hərbçilərinin qalmaqallı videogörüntüləri yayılıb.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, videogörüntülərdə iki nəfər DSX hərbçisi digərlərinin kürəyinə “Şəmkir” yazaraq, əslən Şəmkirdən olanlara salam göndərdiklərini qeyd edirlər.
Yayılan videogörüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinə (DSX) sorğu ünvanlanıb. DSX-nin mətbuat xidmətinin rəhbəri Maya Şərifova oxu.az-a açıqlamasında bildirib ki, sözügedən videogörüntülərin ötən il işğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrin birində baş verdiyi müəyyən olunub:
“Bütün hallarda məsələ ilə bağlı DSX rəisinin göstərişi əsasında araşdırma aparılır”.
Oxşar xəbərlər
İlham Əliyev və Mehriban Əliyevanın Cəbrayıl və Zəngilan səfərindən görüntülər - YENİLƏNİB - VİDEO
Xəbər verildiyi kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngil...