DSMF-in binasında yanğın zamanı 30 nəfər təxliyə edildi RƏSMİ
01
iyn
2018
16:32
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın baş verib, 30 nəfər təxliyə edilib.BAKU.WS xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınla bağlı yaydığı əlavə məlumatda qeyd olunub.Nazirlikdən bildirilib ki, Bakı şəhəri, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi doqquzmərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 m2 olan iş otağında ofis mebelləri və sənədlər yanıb. Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər otaqlar yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.BAKU.WS
Oxşar xəbərlər
DSMF-in binasında yanğın (VİDEO)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.Bu barədə Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə məlu...