DİQQƏT! Bu gün bu rayonun 23 yaşayış məntəqəsində qaz olmayacaq

DİQQƏT! Bu gün bu rayonun 23 yaşayış məntəqəsində qaz olmayacaq
Hadisə 2

Bu gün Göygöl rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, Göygöl rayonu ərazisində yeni tikilmiş “Göygöl Şərab-1” qaz ölçü qovşağında ölçü-hesablayıcı avadanlıqların, ROC cihazının, sərfiyyata uyğun daraldıcı qurğunun quraşdırılması, impuls xətlərinin çəkilməsi, metroloji ölçmələrin aparılması, mərkəzi radiomodem şəbəkəsinə qoşulması işlərinin görülməsi zəruriyyəti ilə bağlı martin 18-də saat 10:00-dan “Əliuşağı” QPS-dən qidalanan “Göygöl əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Göygöl şəhəri və rayonun 23 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Oxşar xəbərlər

Bu gün Bakının bir rayonunda QAZ OLMAYACAQ

Bu gün Bakının bir rayonunda QAZ OLMAYACAQ

Bu gün Bakının Nərimanov rayonunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliy...

120 Hadisə 10:01 15 mart 2024

Son xəbərlər