Döyülən direktorun atası: Oğlumun vəziyyəti ağırdır
21
noy
2018
16:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Oğlumun vəziyyəti yaxşı deyil, güclü ağrıları var. BAKU.WS xəbər verir ki, bu sözləri oxu.az-a ötən gün aktyor Rza Rzayev tərəfindən döyüldüyü iddia edilən Bakı şəhəri 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevin atası Elmin Mirzəliyev deyib. O bildirib ki, hazırda Tural Mirzəliyev ciddi həkim nəzarətində saxlanılır: “Gözlənilmədən Turala zərbə vurublar. Sol gözünün görməsində ciddi problemlər yaranıb. Həkimlər müayinədən sonra Turala kəllə-beyin travması və beyinin silkələnməsi diaqnozu qoyublar. Ağrıları çox olduğundan sakitləşdirici qəbul edilir. Hazırda həkim yoxlamasındadır, telefona cavab verə biləcək halda deyil”. T.Mirzəliyevin atası onu da əlavə edib ki, həkimlər xəstənin bir neçə gün ciddi həkim nəzarətində saxlanılmalı olduğunu bildiriblər. BAKU.WS
Oxşar xəbərlər
Tanınmış aktyorun döydüyü məktəb direktorundan pis xəbər - VİDEO
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları ilə birgə aldığı ağır xəsarətlər səbəbindən Sabunçu xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin d...