Dörd yaşlı uşağı öldürüb quyuya atan şəxsə cəza istənilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda 4 yaşlı uşağı öldürüb quyuya atmaqda ittiham olunan Kamil Mansurovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror Kamil Mansurovun verilmiş ittihamlarla təqsirli bilinərək 11 il 6 ay azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ötən il yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
4 yaşlı M.Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Oxşar xəbərlər
Bakıda öldürülərək quyuya atılan dörd yaşlı qızın atası barəsində həbs qətimkan tədbiri seçilib
Bakıda öldürülərək quyuya atılan dörd yaşlı Məryəmin atası Taleh Allahyarov həbs olunub. BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Xəzər Rayon Məhkə...