4 yaşlı qızı öldürməkdə təqsirləndirilən qonşusu HƏBS EDİLDİ - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda quyudan meyiti tapılmış 4 yaşlı qızı öldürməkdə təqsirləndirilən 1990-cı il təvəllüdlü Mehman Mansurovun barəsində həbs qətimkan tədbiri seçilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Xəzər rayon Məhkəməsində istintaq orqanının bununla bağlı təqdimatına baxılıb. Məhkəmədə təqdimat təmin edilib və M.Mansurov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
4 yaşlı M.Hüseynlinin qonşusu 1990-cı il təvəllüdlü Mehman Mansurov tərəfindən döyülərək öldürüldüyü, daha sonra quyuya atıldığı iddia edilir.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.
Oxşar xəbərlər
Bakıda DƏHŞƏT - 4 yaşlı qızı öldürüb, üstünə "kubik" atdılar
Yanvarın 31-də Bakı şəhər Qala qəsəbəsində dərinliyi təxminən 10 metr olan quyudan 4 yaşlı qızın meyitinin tapılması ilə bağlı xəbər vermişdik. BAKU.WS “publika...