Doqquz min manatlıq dələduzluq: "Məktəbə müəllim təyin etdirəcəyəm" - HÖKM

Doqquz min manatlıq dələduzluq: Məktəbə müəllim təyin etdirəcəyəm - HÖKM
Hadisə 102

Abşeron Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Sevinc Hacıyevanın (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə S.Hacıyeva 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

İttihama görə, Sevinc Hacıyeva tanışı, zərərçəkmiş Anar Maqsudova (soyadı şərtidir) özünü dövlət qurumlarında geniş əlaqələri olan işgüzar şəxs kimi təqdim edərək buna inandırıb. O, zərərçəkmişin qızına sürücülük vəsiqəsi alacağına və Abşeron rayonu, Xırdalan şəhərində olan orta məktəblərdən birinə Təsviri incəsənət müəllimi işinə qəbul etdirəcəyinə dair yalandan vəd verib. Sevinc Hacıyeva bu yolla Anar Maqsudovdan 2023-cü ilin dekabr ayında ümumilikdə 9 000 manat pulu dələduzluq yolu ilə ələ keçirib.

Oxşar xəbərlər

İtkin düşən balıqçıların axtarışı davam etdirilir

İtkin düşən balıqçıların axtarışı davam etdirilir

Dekabrın 9-da Astara rayonu, Şahağac kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal olunan 1999-cu il təvəllüdlü Ağadədə Famil oğlu Həsənov və 1997-ci...

42 Hadisə 23:00 13 dekabr 2025

Son xəbərlər