Donetskdə döyüşlər alovlandı: morqlara meyit daşınır (VİDEO)

Donetskdə döyüşlər yenidən başlayıb.
BAKU.WS-in məlumatına görə, Ukrayna tərəfi Avdeyevkadanın qradlarla vurulduğunu bildirir. Döyüşlər səhər saatlarından başlayıb. Avdeyevkada yaşayış yerlərinə 160 raket mərmisi ilə zərbələr endirilib.
Hərbçilər vurğulayır ki, atəş davam edir, qarşı tərəf barışığa məhəl qoymur. Qızğın döyüşlər zamanı separatçıların dəstəsindən 15 hərbçi ölüb, 24-ü yaralanıb. Ukrayna ordusundan isə 4 hərbçi ölüb, 9-u yaralanıb. 4 mülki şəxs də döyüşlər zamanı həlak olub. İlkin məlumata görə, döyüş gedən əraziyə yaxın olan xəstəxanalara meyitlər daşınır.
BAKU.WS
Oxşar xəbərlər
Rusiya raketi ilə Türkiyənin "Kobra" helikopteri vurulur (VİDEO)
Türkiyənin cənub-şərqində PKK- ilə türk silahlı qüvvələri arasında şiddətli döyüşlər davam edir. Türkiyə silahlı qüvvələrinin Baş qərargahının yaydığı məlumata...
