Arsen Məlik-Şahnazarov: "80 əsgərimiz ölüb, 100-dən çox yaralımız var"

06
apr
2016
14:18
"Qarabağda gedən ağır döyüşlərdə Ermənistan tərəfi 50 əsgərini itirib. Bununla yanaşı, 20-30 əsgərimiz itkin düşüb, 100-dən çox yaralımız var".
BAKU.WS-in məlumatına görə, bunu Qarabağ separatçılarının Moskvadakı nümayəndəsi Arsen Məlik-Şahnazarov orada keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, itkin düşən əsgərlərin hamısı öldürülüb: "Bu, o əsgərlərdir ki, döyüşlər zamanı Azərbaycan tərəfindən tutulmuş postlarda qalıb. Ermənistan tərəfinin döyüşlər zamanı çox sayda texnikası sıradan çıxarılıb".
BAKU.WS
Oxşar xəbərlər
Ermənistan ordusu geri çəkilib yeni səngərlər qazır (FOTO)
Ermənistan ordusu cəbhədə gedən 4 günlük hərbi əməliyyatlar zamanı xeyli böyük itkilər verib. BAKu.WS-in məlumatına görə, Ermənistan KİV-i etiraf edir ki, hər...
