DİN: "İtkin düşən şəxs daşla özünə xəsarətlər yetirib" - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
"Paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülüb mobil telefonun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar təsdiqini tapmayıb".
Bunu BAKU.WS-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"Araşdırmalarla məlum olub ki məktəbli, atasının ona verdiyi 200 manat pulu aidiyyəti olmayan yerə xərclədiyinə görə “pulu və telefonu tanımadığım adamlar döyüb əlimdən aldı”, - deyə valideynlərini və polisi inandırmaq üçün belə yalan iddialar edib, əllərinə və üzünə daşla xəsarətlər yetirib. Polis tərəfindən bütün istiqamətlər üzrə iddialar tam və hərtərəfli olaraq yoxlanılıb, mobil telefon gizlətdiyi yerdən aşkarlanıb", - o vurğulayıb.
***15:12
Daxili İşlər Nazirliyi (DİN) Bakıda itkin düşərək tapılan 16 yaşlı gəncin döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
BAKU.WS-in məlumatına görə, DİN-in Mətbuat Xidmətindən report-un sorğusuna cavab olaraq bildirilib ki, fakt nəzarətə götürülüb.
"Hadisədən məlumatlıyıq. Hazırda araşdırmalar davam etdirilir. 2006-cı il təvəllüdlü şəxsin kim tərəfindən döyülüb xəsarət yetirilməsi araşdırmaların gedişində məlum olacaqdır", - məlumatda qeyd edilib.
Qeyd edək ki, mətbuatda 16 yaşlı gəncin itkin düşdüyü, daha sonra döyülmüş vəziyyətdə tapılması ilə bağlı məlumatlar yayılıb.
Oxşar xəbərlər
Bakıda itkin düşmüş 14 yaşlı qız tapıldı - YENİLƏNİB - FOTO
Bakıda itkin düşən 14 yaşlı yeniyetmə Alina Cavadova tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəi...