DİN narkotik maddə istifadəçilərinin sayını açıqladı
Yeniliklərdən dərhal xəbərdar olun
"Bu gün ölkədə narkotik istifadəçilərinin sayı rəsmi qeydiyyatda olanlardan çoxdur. Narkotikə meyilli şəxslərin sayı, vaxtında aşkarlanması, əhalinin maarifləndirilməsi proritet məsələlərdəndir".
BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi İslam Hümbətov deyib.
O bildirib ki, Azərbaycanda 2021-ci ildə qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 34 602 nəfər olub:
"Amma narkotik istifadəçilərinin real sayı daha çoxdur. DİN tərəfindən aparılan tədbirlər nəticəsində son 2 il 6 ay ərzində ölkədə narkotik vasitələrlə mübarizə sahəsində 19 mindən çox cinayət faktı aşkarlanıb. 7 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb. Narkotik vasitələri satanlar əsasən xarici ölkələrdən istifadə olunan profillər vasitəsilə işini həyata keçirir və gəncləri, qadınları cəlb edir. Narkomaniya ailədaxili münaqişələrin sayının artmasına da təsir edir".
Oxşar xəbərlər
91 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb - VİDEO
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq y...