DİN "Muğanbank"ın mühafizəçisinin ağzından bıçaqlanması ilə bağlı məlumat yaydı

DİN Muğanbankın mühafizəçisinin ağzından bıçaqlanması ilə bağlı məlumat yaydı
Hadisə 369

Nərimanov rayonu ərazisində yerləşən bankın işçisinin sifət nahiyəsinə bıçaqla xəsarət yetirmiş N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, fevralın 3-də saat 14 radələrində Bakı şəhər sakini N.Sərkərov idarə etdiyi “Mercedes” markalı avtomobili Nərimanov rayonu ərazisində yerləşən bankın qarşısında saxlamaq istəyərkən bankın təhlükəsizlik xidmətinin rəisi T.Yusifov ona avtomobilini orada saxlamaması barədə iradını bildirmişdir. Bu zaman N.Sərkərov xuliqanlıq zəminində T.Yusifovun sifət nahiyəsinə bıçaqla xəsarət yetirib.

N.Sərkərov bankda xidmət aparan Nərimanov Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 17-ci Polis Şöbəsinə təhvil verilib.

T.Yusifova xəstəxanada ilkin tibbi yardım göstərilib.

Xatırladaq ki, silahlı insident "MuğanBank" ASC-nin baş ofisində baş verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Muğanbank"da mühafizəçini ağzından bıçaqlayan şəxs saxlanıldı - RƏSMİ - YENİLƏNİB - 1

"Muğanbank"da mühafizəçini ağzından bıçaqlayan şəxs saxlanıldı - RƏSMİ - YENİLƏNİB - 1

"MuğanBank" ASC-nin baş ofisində baş verən insidentlə bağlı saxlanılan var. DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisəni törətməkdə şüb...

5278 Hadisə 17:30 03 fevral 2020

Son xəbərlər