Bakıda gözlənilməz hadisə - bıçaqla insanlara hücum etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nərimanov rayonunda xuliqanlıq zəminində hadisə baş verib.
APA-nın məlumatına görə, Əhməd Rəcəbli küçəsində yerləşən “Karvan Pub”da mübahisə düşüb.
Mübahisə zamanı orta yaşlı şəxs (şəxsiyyəti hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyənləşdirilir) iaşə obyektindən çölə çıxaraq əlbəyaxa dava edib.
Daha sonra o, 90-PC-375 dövlət qeydiyyat nişanlı “Khazar” markalı avtomobildən bıçaq götürərək digər insanlara hücum edərək nalayiq sözlər işlədib.
O daha sonra “Khazar” markalı avtomobilə minərək ərazidən uzaqlaşıb.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Şahidlərin izahatı alınıb.
Həmin şəxsin axtarışına başlanılıb.
Oxşar xəbərlər
Polis Bakıda insanlara hücum edən dananı güllələdi - VİDEO
Daxili İşlər Nazirliyinin əməkdaşları Bakıda insanlara hücum edən dananı zərərsizləşdirib. BAKU.WS Yeniavaz.com-a istinadla xəbər verir ki, hadisə Binəqədi Rayo...