"Muğanbank"da mühafizəçini ağzından bıçaqlayan şəxs saxlanıldı - RƏSMİ - YENİLƏNİB - 1
"MuğanBank" ASC-nin baş ofisində baş verən insidentlə bağlı saxlanılan var.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü Sərkərov Nofəl polis tərəfindən saxlanılıb. Hazırda o, 17-ci bölmədə saxlanılır. Hadisə ilə bağlı cinayət işi açılıb.
***13:11
"MuğanBank" ASC-nin baş ofisində baş verən insidentin detalları məlum olub.
BAKU.WS-in məlumatına görə, hadisə parkinq yerinə görə baş verib. Bankın müştərisi avtomobilini bankın idarə heyətinin sədri Elmir Mehdiyevin maşını üçün nəzərdə tutulan yerdə saxlayıb. Bu zaman mühafizəçi müştəriyə yaxınlaşaraq maşını yerindən çəkməyi tələb edib.
Müştəri ilə mühafizəçi mübahisə etməyə və bir-birlərinə nalayiq ifadələr səsləndirməyə başlayıblar.
Sonda isə müştəri mühafizəçinin ağız nahiyəsinə bıçaqla xəsarət yetirib.
***12:50
"MuğanBank" ASC-nin baş ofisində insident baş verib.
BAKU.WS-in əldə etdiyi məlumata görə, müştəri ilə bankın mühafizəçisi arasında mübahisə yaranıb.
Daha sonra müştəri bıçaq çəkərək mühafizəçinin ağzını kəsib.
Hadisə ilə bağlı əlavə məlumat veriləcək.
Oxşar xəbərlər
Bakıda bankda ölüm olub
Bakıda bankda ölüm hadisəsi baş verib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə "AtaBank"ın Nəsimi rayonunda yerləşən baş ofisində qeydə alınıb. Bankın ə...