DİN gəncin itə işgəncə verməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib

DİN gəncin itə işgəncə verməsi ilə bağlı yayılan görüntülərə münasibət bildirib
Hadisə 112

Daxili İşlər Nazirliyi (DİN) gənc oğlanın itə işgəncə verməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidovun "report"a bildirdiyinə görə, nazirlik görüntülərdən məlumatlıdır.

O deyib ki, polis əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Qeyd edək ki, gənc oğlanın itə işgəncə verməsi ilə bağlı videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Paylaşımlarda hadisənin Sabirabad rayonunda baş verdiyi iddia edilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər