DİN deputatlığa namizədlərlə bağlı araşdırmalar aparacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Daxili İşlər Nazirliyi (DİN) 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd Fəzail Ağamalıya qarşı baş verən insidentlə bağlı araşdırma aparacaq.
BAKU.WS-in məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətindən “report”a məlumat verilib.
Bildirilib ki, hadisə ilə bağlı nazirlik tərəfindən araşdırmalara başlanılacaq.
Qeyd edək ki, fevralın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizəd F.Ağamalının Salyan rayonunun Qarabağlı kəndində seçicilərlə görüşündə insident baş verib.
F.Ağamalı “Report”a deyib ki, deputatlığa namizəd Kamil Müsəvi müxtəlif bölgələrdən gətirdiyi insanlar ilə birlikdə aqressiv şəkildə üzərinə hücum edib.
Sözügedən insidentin görüntüləri sosial şəbəkələrdə də yayılıb.
Oxşar xəbərlər
Elşən Musayev görüşü yarımçıq qoyub qaçdı, seçicilər fitə basdı - VİDEO
Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri 110 saylı Zaqatala dairə seçki komissiyasından deputatlığa namizəd Elşən Musayev seçicilərlə...