Azərbaycanda sabiq deputat qəzaya düşüb

Azərbaycanda sabiq deputat qəzaya düşüb
Hadisə 2347

Deputatlığa namizəd Nazim Bəydəmirli yol qəzasına düşüb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə özü sosial şəbəkədə məlumat yayıb.

Belə ki, N.Bəydəmirli Gədəbəy rayonunun İsalı kəndindən seçicilərlə görüşdən qayıdarkən rayonun Fərzalı kəndində avtomobil qəzasına düşüb.

Qəza zamanı avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, N.Bəydəmirli 104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb. O, 2005-2010-cu illərdə bu dairədən Milli Məclisin deputatı olub.

Oxşar xəbərlər

Azərbaycanlı gənc ABŞ-da ağır qəzaya düşdü - FOTO

Azərbaycanlı gənc ABŞ-da ağır qəzaya düşdü - FOTO

ABŞ-da azərbaycanlı gənc yol qəzasına düşüb. BAKU.WS Trend-ə istinadla xəbər verir ki, Cahid Şahbazov adlı azərbaycanlı Amerikanın Vaşinqton ştatında yol qəzası...

931 Hadisə 12:11 08 yanvar 2020

Son xəbərlər