DİN-dən İlham Təhməzovun həbsi ilə bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
"Yevlax şəhər sakini İlham Təhməzov xüsusi ittiham qaydasında məhkəmənin qərarı ilə həbs edilib. Onun barəsində polis orqanında hər hansı icraat işi aparılmayıb".
BAKU.WS xəbər verir ki, bunu Report-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, İ.Təhməzovun oğlunun toy mərasiminə polisin mane olması ilə bağlı iddialar tam əsassızdır:
"Qanunamüvafiq olaraq karantin rejim qaydalarına uyğun mərasimdə iştirak edən şəxslərin COVID-19 pasportu yoxlanılıb. Burada da hər hansı hüquqazidd hal yoxdur".
Qeyd edək ki, sosial şəbəkələrdə hüquqşünas İlham Təhməzovun "Tərtər işi"nə görə həbs edilməsi ilə bağlı məlumatlar yayılmışdı.
Oxşar xəbərlər
DİN: "İtkin düşən şəxs daşla özünə xəsarətlər yetirib" - YENİLƏNİB
"Paytaxtın Qaradağ rayonunda 2006-cı il təvəllüdlü məktəblinin quldurluğa məruz qalaraq, döyülüb mobil telefonun talanması ilə bağlı sosial şəbəkələrdə yayılan...