DİN Bakıda itin uşağı parçalaması ilə bağlı iddiaya cavab verdi (VİDEO)
07
dek
2017
15:43
“Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılmış itin uşağı dişləməsi görüntülərinin Bakıda çəkilməsi öz təsdiqini tapmayıb”. BAKU.WS xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlham Babayev deyib. O bildirib ki, həmin video Bakıda çəkilməyib. “Məsələ araşdırılıb və məlum olub ki, həmin hadisə bir neçə il əvvəl xarici ölkədə olub” - deyə, İ.Babayev qeyd edib. Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan videoda hadisənin Bakının mərkəzində baş verdiyi iddia olunub. BAKU.WS
Oxşar xəbərlər
Sumqayıtdakı polislərin yaralandığı silahlı hücumla bağlı RƏSMİ AÇIQLAMA
Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Sumqayıtda silahlı şəxslərin vətəndaşlara hücum etməsi və asayişi qoruyan polis əməkdaşlarına xəsarət yetirməsi barədə...