DİN Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb

07
fev
2018
13:45
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.BAKU.WS DİN-ə istinadən xəbər verir ki, fevralın 5-də daxil olmuş məlumat əsasında Binəqədi RPİ 6-cı Polis Bölməsinin əməkdaşları yol kənarında ağır xəsarətlər almış kişini aşkar ediblər.Dərhal həmin şəxsin təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılması təmin olunub.Araşdırmalarla onun İsmayıllı rayon sakini, 44 yaşlı Mübariz Əhmədov olması müəyyən edilib. Aldığı xəsarətlər ağır olduğundan onun dindirilməsi mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq həmin şəxs fevralın 6-da dünyasını dəyişib. Polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinə başlanılıb və M.Əhmədovun həmin gün “KamAZ” markalı yük avtomobili ilə vurulması müəyyən edilib.Baş Dövlət Yol Polisi İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində piyadanın ölümü ilə nəticələnən yol qəzasını törədərək hadisə yerindən qaçmaqda şübhəli bilinən sürücü - Gədəbəy rayon sakini Eldar Zalov saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı cinayət işi başlanılıb.Binəqədi RPİ tərəfindən araşdırma aparılır.BAKU.WS

Oxşar xəbərlər
Bakıda 44 yaşlı kişini ölənədək döydülər
Bakının Binəqədi rayonunda bir nəfər müəmmalı şəkildə dünyasını dəyişib.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, Beynəlxalq Avtovağzal yaxınlığında...