Bakıda 44 yaşlı kişini ölənədək döydülər

06
fev
2018
08:53
Bakının Binəqədi rayonunda bir nəfər müəmmalı şəkildə dünyasını dəyişib.BAKU.WS-in "Report"a istinadən verdiyi məlumata görə, Beynəlxalq Avtovağzal yaxınlığında, Rəşid İsmayılov küçəsində naməlum şəraitdə baş, boyun və bədən nahiyələrindən ağır xəsarətlər alan 1974-cü il təvəllüdlü Əhmədov Mübariz Şamil oğlu tapılıb.O, ərazidə xidmət aparan polislərin köməkliyi ilə xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, M. Əhmədov dünyasını dəyişib.Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis bölməsi əməkdaşlarının ilkin məlumatına görə, o, döyülüb. Bununla belə, hadisənin dəqiq səbəbləri araşdırılır.M.Əhmədov Qarabağ müharibəsi əlili olub.BAKU.WS

Oxşar xəbərlər
Lənkəranda döyülərək öldürülən qadının anası da xəstəxanada ölüb
Lənkəranda döyülən sakinlərdən daha biri ölüb.Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, döyülmə ilə xəstəxanaya yerləşdirilən 69 yaşlı Humay Qara...