DİN Ağsuda əməliyyat keçirib - Saxlanılanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində üzərində odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən Ağsu şəhər sakini, əvvəllər də narkotiklərin dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Eldəniz Burcalıyev saxlanılıb.
Onun üzərində daşıdığı bağlamaya baxış keçirilərkən 1 ədəd lüləsi və qundağı kəsilmiş tüfəng, eləcə də həmin silaha məxsus 5 patron aşkar edilərək götürülüb. E.Burcalıyev ifadəsində həmin silahı tapdığını və gizlətmək məqsədilə yaşadığı ünvandan başqa yerə aparmaq istədiyini bildirib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat tədbiri nəticəsində isə Əli Novruzov saxlanılıb. Şəxsi axtarış zamanı ondan psixotrop maddə olan metamfetamin aşkarlanıb.
Faktlarla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işləri başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Şəkidə əməliyyat: Saxlanılanlar var - FOTO
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin və psixotrop maddə...