“DəmirBank”ın xanım filial müdiri həbs edildi - 3 milyona görə

“DəmirBank”ın xanım filial müdiri həbs edildi - 3 milyona görə
Hadisə 13531
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilənlər - "Dəmir Bank" ASC-nin Bayıl filialının müdiri Fərəh Rəşadətli, xəzinadar Tamamgül Xanlarova və bankın əməkdaşı Fariz Qarayevin məhkəməsi başlayıb. BAKU.WS-in "Qafqazinfo"ya istinadla verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə hazırlıq iclası keçirilib.İclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Adıçəkilən şəxslərin hər birinin himayəsində azyaşlı uşaqları var.Zərərçəkmiş tərəf vəsatət verərək istintaq dövründə ev dustaqlığında olan F.Rəşadətlinin həbs edilməsini istəyib, məhkəmə vəsatəti təmin edib. Keçmiş filial müdiri məhkəmə zalında həbs edilib. Proses noyabrın 21-də davam etdiriləcək.İttihama görə, adıçəkilən şəxslər 8 nəfərin 3 milyon manatını mənimsəyiblər.BAKU.WS

Oxşar xəbərlər

Bakıda ərinin damarını kəsən qadın hakim qarşısına çıxarılır

Bakıda ərinin damarını kəsən qadın hakim qarşısına çıxarılır

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ərininin ölümünə görə təqsirləndirilən 26 yaşlı Gülər Mirzəyevanın cinayət işi üzrə məhkəmə başlayıb. BAKU.WS-in "Qafq...

2612 Hadisə 14:21 13 iyul 2017

Son xəbərlər