Dilqəm Əsgərov Həsən Həsənovun məzarını ziyarət edib - VİDEO

Dilqəm Əsgərov Həsən Həsənovun məzarını ziyarət edib - VİDEO
Video
Hadisə 1103

Erməni əsirliyindən azad edilərək Azərbaycana gətirilən Dilqəm Əsgərov mərhum yoldaşı Həsən Həsənovun məzarını ziyarət edib.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, Dilqəm Əsgərov Həsən Həsənovun qəbri üstünə gül dəstələri düzüb və baş daşını öpüb.

Məlumat üçün bildirək ki, Dilqəm Əsgərov, Şahbaz Quliyev 2014-cü ilin iyul ayında Kəlbəcər rayonunda yaxınlarının məzarını ziyarət edərkən erməni quldurları tərəfindən əsir götürülüb. Həsən Həsənov isə ermənilərlə atışmada şəhid olmuşdu.

D.Əsgərov və Ş.Quliyev 6 ildən artıq erməni əsirliyində saxlanılıb. İkinci Qarabağ müharibəsindən sonra əldə olunan razılaşmaya əsasən, Azərbaycana qaytarılıb. Bir müddət karantin rejimində saxlanılan D.Əsgərov və Ş.Quliyev bu gün doğmalarının yanına buraxılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər