DƏHŞƏTLİ İDDİA - Lerikdə diri-diri yanıb ölən ailənin qatili evin oğludur
23
avq
2017
09:38
Lerikdə üç nəfərin öldüyü yanğının qəsdən törədildiyi ehtimal edilir.BAKU.WS xəbər verir ki, APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Vizəzəmin kəndində 1963-cü il təvəllüdlü Elman Hüseynov, həyat yoldaşı, 1967-ci il təvəllüdlü Şükufə Hüseynova və qızı, 1995-ci il təvəllüdlü Süsən Mirzəzadənin yanaraq, ölməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.Ailənin yaxınlarının bildirdiyinə görə, E. Hüseynovun oğlu Mehdi Hüseynov polisə verdiyi ilkin ifadəsində hadisədən öncə evdə mübahisə baş verdiyini bildirib. O, atasının mübahisə zəminində anası və bacısını bıçaqladığını, evə od vurduğunu deyib. M. Hüseynov atasının əlindən qaçaraq, sağ qaldığını qeyd edib.Lakin meyitlərin Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsində müayinəsi aparılarkən, məlum olub ki, sadəcə Elman Hüseynovun meyitinin üzərində bıçaq xəsarətləri var.Bundan sonra, M. Hüseynov şübhəli şəxs qismində saxlanıb, hazırda dindirilir.Qeyd edək ki, bu gün Lerikin Vizəzəmin kəndində baş verən yanğın söndürüləndən sonra hadisə yerindən Elman Hüseynov, Şükufə Hüseynova və Süsən Mirzəzadənin meyitləri aşkarlanıb.BAKU.WS
Oxşar xəbərlər
Lerikdə üç nəfərin ölümü ilə nəticələnən yanğına görə ailənin oğlu saxlanılıb
Lerikdə üç nəfərin öldüyü yanğının qəsdən törədildiyi ehtimal edilir.BAKU.WS APA-ya istinadən xəbər verir ki, rayonun Vizəzəmin kəndində 1963-cü il təvəllüdlü E...