DƏHŞƏT! Xalası qızının boğazını kəsib polisə təslim oldu – VİDEO
25
iyn
2018
16:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Hacıqabulun Muğan qəsəbəsində qətl hadisəsi olub. ARB TV xəbər verir ki, Hacıqabul sakini, 24 yaşlı Ayəddin İsmayılzadə xalası qızı - 24 yaşlı Rəvanə Məliklinin boğazını kəsib. Məlumata görə, gənc qız nənəsi ilə yaşayıb. Evə daxil olan İsmayılzadə xalası qızının şah damarını kəsərək, bıçağı onun sinəsinə sancıb. Daha sonra Hacıqabul rayon Polis Şöbəsinə gələrək təslim olub. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal olunur. Rəvanə Məliklinin bir bacısı da qətli törədən Ayəddin İsmayılzadənin qardaşının həyat yoldaşıdır. Saxlanılan şəxsin dostu: “Uşaqlıqdan bir yerdə böyümüşük. Qardaşımız olub. Çox mehriban olub. Qızıl uşaq olub. İşləyirdi, işə gedib-gəlirdi, heç kimə dolaşmırdı”.Faktla bağlı Hacıqabul rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda DƏHŞƏT - onu sevmədiyi üçün xalası qızının boğazını kəsdi
Hacıqabul sakininin xalası qızının boğazını kəsərək qətlə yetirməsinin təfərrüatı məlum olub."Report"un Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında rayo...