Azərbaycanda xalası oğlu ilə nişanlı olan 17 yaşlı qız özünü öldürdü
02
apr
2018
15:10
Şamaxı rayonunda intihar edən şəxsin adı məlum olub.APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Çölbağırlı kənd sakini, 2001-ci Mirzəyeva Ulduz Şəfi qızı yaşadığı evin həyətindəki yardımçı tikilidə özünü kəndirlə asıb. Valideynləri onu xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. U. Mirzəyeva xəstəxanada ölüb.Onun özünə qəsd etməsinin dəqiq səbəbi məlum deyil. Kənd sakinləri bildiriblər ki, Ulduz Mirzəyeva Hacıqabul rayonunun Muğanlı kəndində yaşayan xalası oğlu ilə nişanlı olub, yaxın vaxtlarda keçiriləcək toy mərasiminə hazırlaşırmış.Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
Bayram xonçasına pulu çatmadı deyə özünü asdı-Azərbaycanda
Şamaxı rayonunda gənc oğlan intihar edib. Müzadil Alıyevin nişanlı olduğu qızın evinə bayram sovqatı apara bilmədiyi üçün özünə qəsd etdiyi bildirilir.BAKU.WS x...