Dəfələrlə getdiyi mağazadan 30 min OĞURLADI
Yeniliklərdən dərhal xəbərdar olun
Dəfələrlə girdiyi mağazadan ümumilikdə 30 min manat pul oğurlayan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, 2022-ci ilin fevral-may ayları ərzində Cəlilabad şəhər ərazisindəki taxıl məhsullarının topdan şatışının həyata keçirildiyi mağazaların birindən 30 min manat pulun oğurlanması barədə polisə müraciət daxil olub.
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Əliabad kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Cümə Mustafayev olduğu məlum olub.
Faktla bağlı Cəlilabad Rayon Polis şöbəsində araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda ağlasığmaz oğurluq - ANBAAN VİDEO
Lənkəranda məscidlərin nəzir qutuları qarət edilib. Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib...