“Dedilər ki, bıçaqla vurublar, bildim ki, bu şərəfsizdir” - Ər arvadını bıçaqladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə ər arvadını bıçaqlayıb.
BAKU.WS Baku Tv-yə istinadla xəbər verir ki, 40 yaşlı Könül Mirzəliyeva işlədiyi aptekdə həyat yoldaşı Anar İsmayılov tərəfindən bıçaqlanıb.
Ağır vəziyyətdə olan şəhər sakini Mingəçevir Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər 40 yaşlı qadının vəziyyətinin ağır olduğunu bildiriblər.
Zərərçəkənin atası Ələsgər Mirzəliyev qızının ailəsində tez-tez münaqişə yaşandığını deyib. O, bildirib ki, kürəkəni qızından pul tələb edib, verməyəcəyi təqdirdə isə onu atasının, qardaşının, hətta doğma övladının önündə öldürəcəyi ilə hədələyib.
Ələsgər Mirzəliyev - Atası: “Dedilər ki, aptekdə işləyən qızı bıçaqla vurublar. O dəqiqə bildim ki, bu şərəfsiz vurub bunu. Gündə gəlib pul istəyir. Mən hardan alım ona gündə 20-30 manatı. Uşağı hədələyir ki, atanı, qardaşını öldürəcəm. Bir dənə vurubdu, bıçaq ürəyinə dəyib. Vəziyyəti çox pisdir. Həkimlər sağ çıxacağına ümid eləmir”.
Hadisəni törədən Anar İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin REAL TV-yə müsahibəsinin TAM MƏTNİ + VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də REAL televiziyasının rəhbəri Mirşahin Ağayevə geniş müsahibə verib. AZƏRTAC müsahibəni təqdim...