Daşkəsən sakinini Şəmkirdə peşman etdilər
Yeniliklərdən dərhal xəbərdar olun
Şəmkir rayonunda vətəndaşa qarşı quldurluq edilib.
BAKU.WS xəbər verir ki, hadisə Şəmkir mərkəzi bazarının yaxınlığında baş verib.
Daşkəsən rayonu, Zinzahal kənd sakini, 1971-ci il təvəllüdlü Sadıqov Elxan Ələddin oğlu polisə müraciət edərək bildirib ki, Şəmkir rayon Mərkəzi bazarının arxasında naməlum şəxs ona qarşı quldurluq edərək bıçaqla hədələyib və üzərində olan 700 manatını alaraq hadisə yerindən uzaqlaşıb.
Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxs Şəmkir şəhəri, V.Xuluflu küçəsi, ev 67-də yaşayan, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Quliyev Ceyhun Sahib oğludur.
Faktla bağlı cinayət işi başlanıb.
Oxşar xəbərlər
Daşkəsən sakini dostunu güllələdi
Bir neçə gün bundan öncə Daşkəsən rayonunun Bayan kəndində cəsədi tapılan Şəmkir rayon sakini 1962 ci il təvəllüdlü Abdullayev Qurban Oruc oğlunun dostu tərəfin...