İdarəetməni itirən sürücü avtomobilini ağaca çırpdı-FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Ağstafada yol nəqliyyat hadisəsi baş verib.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
2002-ci il təvəllüdlü Hacızadə Rəşid İxtiyar oğlu idarə etdiyi “VAZ 2107” markalı minik maşını ilə hərəkətdə olan zaman idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
İlkin məlumata görə, qəza yüksək sürət səbəbindən baş verib.
Qalereya
Oxşar xəbərlər
İdarəetməni itirib avtomobilini ağaca çırpdı - FOTO
Göygöl rayonunda sürücü idarəetməni itirərək avtomobilini ağaca çırpıb. BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Yeni Qızılca qəsəbəsin...