Daşkəsəndə iki avtomobil toqquşdu - Xəsarət alanlar var

14
yan
2018
13:20
Daşkəsən şəhərində 2 avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.BAKU.WS report.az-a istinadən bildirir ki, "VAZ-2107" və "VAZ-2106" markalı avtomobillərin toqquşması zamanı ikinci maşın zərbənin gücündən yol kənarına aşıb.Qəza nəticəsində hər iki avtomobilin sürücüsü xəsarət alıb. Bunlar 1989-cu il təvəllüdlü Göygöl rayon sakini İsmayılov Seymur İsa oğlu və 1994-cü il təvəllüdlü Daşkəsən rayon sakini Həsənov İsmət Vasif oğludur. Hər iki yaralının vəziyyəti normaldır. Həmçinin avtomobillərə ciddi ziyan dəyib.Hazırda ərazidə DYP əməkdaşları tərəfindən qəzanın dəqiq baş vermə səbəbləri araşdırılır.BAKU.WS

Oxşar xəbərlər
Azərbaycanda mikroavtobus "Pajero"ya girdi: xeyli yaralı var
Bu gün Salyan rayonu Sarvan kəndi ərazisində mikroavtobusla "Pajero" markalı minik avtomobili toqquşub.APA-nın yerli bürosunun verdiyi məlumata görə, qəza nətic...