Culfada yol qəzası olub, 3 nəfər xəsarət alıb
16
mar
2025
17:30
Culfa rayonunda baş verən qəzada 3 nəfər xəsarət alıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisə rayona giriş hissədə, Bayraq Meydanında baş verib.
Qəza zamanı 72-BE-015 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-BM-815 dövlət nömrə nişanlı "Chery" markalı avtomobil toqquşub.
Qəzada Culfa rayon sakini, 63 yaşlı Məryəm Nəbiyeva, Natiq Həşimov və Türkiyə vətəndaşı Qərib Arazi xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Gəncədə maşınlar toqquşdu: Xəsarət alanlar var
Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospekti...