İcra başçısının ailəsi qəzaya düşdü

Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Lütfəli Babayev ailəsində baş verən bədbəxt hadisədən danışıb.
BAKU.WS xəbər verir ki, o, aznews.az-a açıqlamasında hazırda xəstəxanada olduğunu deyib:
"Qəza zamanı nəvələrim də maşında olub. Lakin onların vəziyyəti yaxşıdır. Hazırda evdədirlər. Yeznəm də müayinə olunub, hazırda palatadadır, vəziyyəti normaldır. Bacımın vəziyyəti də düzəlmək üzrədir, qolundan əməliyyat olunub".
Qeyd edək ki, Zərdab rayon icra başçısı Lütfəli Babayevin bacısı Kamilə Babayeva Ucar rayonu ərazisində ağır yol qəzası keçirib.
Yaralılar xüsusi vertolyotla Bakıya gətirilərək Gömrük Hospitalına yerləşdiriliblər.
BAKU.WS

Oxşar xəbərlər
Prezident iki icra başçısını işdən çıxardı
Prezident İlham Əliyev daha iki icra başçısının vəzifəsinə son verib. BAKU.WS-in məlumatına görə, dövlət başçısının sərəncamına əsasən Tahir Abuzər oğlu Kərim...