Çörəyi zibilliyə atmaq olarmı? – VİDEO

Çörəyi zibilliyə atmaq olarmı? – VİDEO
Video
Hadisə 937
ARB TV-nin “Günə doğru” verilişində çörəyi zibilliyə atanlar barədə sujet efirə gedib.Son günlər sosial şəbəkələrdə paylaşılan bu fotolar bir çox məqamlardan xəbər verir.Bir zamanlar müqəddəs hesab etdiyimiz çörəklərə indi zibilliklərdə rast gəlirik. Mütəxəssislər deyir ki, son dövrlərdə orta hesabla hər bir zibil qutusuna gün ərzində təxminən 10-15 kiloqram çörək və un məmulatları, eləcə də onların qırıntıları atılır.Müqqədəs hesab etdiyimiz çörək çox təəsüf ki, bəzi istehsalçılar, restoran, kafelər tərəfindən zibilliyə atılır. Bu isə ən başlıcası həddindən artıq israfçılıq deməkdir. Ekspertlər düşünür ki, bu cür mənzərinin yaranmasında marketlər səbəbkardır. Onlar çörək istehsalçılarından vitrinləri tam doldurmasını tələb edir. Nəticədə də təzyiq altında qalan istehsalçı çörəyinin tam satılmayacağını bilə-bilə vitrini çörəklə doldurur.Eyyub Hüseynov – AİB-nin sədri: “Çörəyin yararlılıq müddəti keçdikdən sonra geri qayıdır. Ətraf mühitə atılır, yaxud da heyvanlara verilir”.Rasionumuzda çörəyə çox yer verən xalq olduğumuzdan istər-istəməz evdə də bir neçə gün əvvəldən alınan çörəklər qalır. Əhali də israfın qarşısını müxtəlif yollarla alır.Movcud qanunvericiliyimizdə çörəyi zibilliyə atanlar cərimə oluna bilməz. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu işlərin qarşısını almaq üçün bələdiyyələr əhali ilə maarrifləndirmə işləri aparmalıdır.Süfrəmizdə çörəyin çox olması fəxr, az olması utanclıq hesab olunur. Bəlkə elə bu sindioromdan azad olaraq israfı azaltmaq olar.BAKU.WS

Oxşar xəbərlər

Çörək mağazalara belə gətirilir - ŞOK İDDİA - VİDEO

Çörək mağazalara belə gətirilir - ŞOK İDDİA - VİDEO

"Xəzər Xəbər"in votsap nömrəsinə minik avtomobilinin ayaqaltı hissəsində çörək daşınması ilə bağlı şəkillər göndərilib. Fotoların Sumqayıtda çəkildiyi qeyd edil...

3186 Video 09:01 16 iyun 2018

Son xəbərlər