Cəlilabadda DƏHŞƏT! 27 yaşlı oğlanı taksidə döyüb öldürdülər

Cəlilabadda DƏHŞƏT! 27 yaşlı oğlanı taksidə döyüb öldürdülər
Hadisə 1122
Cəlilabad sakini küçədə tanımadığı şəxslər tərəfindən döyülüb.BAKU.WS-in trend-ə istinadən məlumatına görə, hadisə taksidə baş verib.Belə ki, Cəlilabad şəhəri, Təbriz küçəsi 68 ünvanında yaşayan, 1991-ci il təvəllüdlü Mirzəyev Rəcəb Vidadi oğlu döyülmüş vəziyyətdə yaşadığı ünvana gəlib.O, evdə əmisi oğluna bildirib ki, Masallıdan Cəlilabada gələrkən yolda tanımadığı şəxslər tərəfindən döyülüb və başından küt alətlə xəsarət alıb.Yaralı dərhal Cəlilabad rayon Mərkəzi Xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.E.Mirzəyev aldığı xəsarətlərdən xəstəxanada keçinib.Faktla bağlı Cəlilabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, müvafiq ekspertiza təyin edilib, hazırda cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq əməliyyat-tədbirləri davam etdirilir.BAKU.WS

Oxşar xəbərlər

Cəlilabaddakı qətllin TƏFƏRRÜATI - Prokurorluq məlumat yaydı

Cəlilabaddakı qətllin TƏFƏRRÜATI - Prokurorluq məlumat yaydı

Yanvarın 2-də Cəlilabad rayonunun Üçtəpə kənd sakini Cəfərova Arzu Rafət qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna daxil olmuş məlumat əsasında ray...

1326 Hadisə 19:18 03 yanvar 2019

Son xəbərlər