"Cibinə siqaret qoy" sözünə görə dostunu öldürdü - Dəhşətli qətlin TƏFƏRRÜATI

Naxçıvanda sərxoş vəziyyətdə olan dostların mübahisəsi qətllə sona çatıb.
BAKU.WS-in məlumatına görə, qətl hadisəsi Babək rayonunun Şıxmahmud kəndində baş verib.
Belə ki, Rəhman Bayramov və həmkəndlisi Fərzalı Behbudov birlikdə spirtli içki (araq) qəbul edərkən aralarında mübahisə yaranıb. Mübahisə siqaret üstündə başlayıb: Fərzalı Behbudov Rəhman Bayramova "cibinə siqaret qoy da" deyib, bu da nalayiq ifadələr və fiziki qarşıdurma ilə davam edib.
Fərzalı Behbudov Rəhman Bayramova yumruqla zərbə vurub və arvadına qarşı təhqiramiz ifadələr işlədib. Bundan sonra Rəhman Bayramov stolun üstündəki mətbəx bıçağı (uzunluğu 245 mm) ilə Fərzalı Behbudova sol qasıq arteriyasını kəsən və digər nahiyələrdən zərbələr vuraraq onu qətlə yetirib. Fərzalı Behbudov kəskin qan itirmə nəticəsində hadisə yerində dünyasını dəyişib.
Məhkəmə istintaqı zamanı Rəhman Bayramov əməlini tam etiraf edib, peşman olduğunu bildirib və hadisəni spirtli içkinin təsiri altında baş verdiyini qeyd edib. Tibbi ekspertiza nəticələrinə görə, qurbanın qanında 2,41 promil, təqsirləndirilənin qanında isə 1,34 promil etil spirti aşkar edilib.
Məhkəmədə dindirilmiş şahidlər (qardaşları, həmkəndliləri) onların tez-tez birlikdə içki qəbul etdiklərini təsdiqləyiblər. Zərərçəkmişin hüquqi varisi (arvadı) Rəhman Bayramovu bağışlamadığını və ona ən ağır cəza verilməsini istədiyini bildirib.
Məhkəmə Rəhman Bayramovun əməlini qəsdən qətl kimi tövsif edib, lakin spirtli içkinin təsiri və qurbanın nalayiq hərəkətlərini yüngülləşdirici hal kimi nəzərə alıb.
Naxçıvan Ağır Cinayətlər Məhkəməsi 1965-ci il təvəllüdlü Rəhman Bayramovu Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə təqsirli biliərək 12 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Oxşar xəbərlər
Canlı yayımda azyaşlı övladına qarşı zorakılıq edən qadın məsuliyyətə cəlb olunub
Sosial şəbəkədə valideynin canlı yayım açaraq azyaşlı övladına qarşı zorakılıq, qeyri-etik ifadələr olan görüntüləri polis əməkdaşları tərəfindən araşdırılıb. B...
