"Çermet" körpüsünün asfalt örtüyündə PROBLEM
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhəri, Ziya Bünyadov prospektinin bir hissəsində, "Çermet" körpüsü üzərində asfalt örtüyündə problem yaranıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, körpünün üzərində iri oyuq yaranıb. Bu da hərəkətə mane olmaqla yanaşı gələcəkdə yarana biləcək təhlükələrdən xəbər verir.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli BAKU.WS-ə bildirdi ki, əraziyə baxış keçiriləcək, hər hansı problem varsa aradan qaldırılacaq.
Ərazidən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb
Penitensiar müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə BAKU.WS-ə Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Penit...