Cəlilabadda minik avtomobili yanaraq kül olub

Cəlilabadda minik avtomobili yanaraq kül olub
Hadisə 37

Cəlilabad rayonunda yanğın hadisəsi baş verib, minik avtomobili yanaraq kül olub.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Bəcirəvan kəndində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb, ancaq hadisə nəticəsində Misir Tağıyevə məxsus “VAZ” markalı minik avtomobili yanaraq kül olub.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər