Cəlilabadda bir ailənin dörd üzvü avtoqəzada xəsarət alıb
Cəlilabadda avtoqəzada xəsarət alan şəxslərin kimliyi məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki bunlar Biləsuvar rayon sakinləri, 1978-ci il təvəllüdlü İsayev Elnur Əlixan oğlu, 1982-ci il təvəllüdlü İsayeva Günay Valeh qızı, 2006-ci il təvəllüdlü İsayeva Nurlanə Elnur qızı, 2010-cu il təvəllüdlü İsayeva Elmira Elnur qızı və 1992-ci il təvəllüdlü Cəfərov İqbal İlham oğludur.
Faktla bağlı araşdırma aparılır.
*** 14:48
Cəlilabadda avtomobilin kanala aşması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb.
BAKU.WS Oxu.Az istinadən xəbər verir ki, Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.
"İyunun 7-si saat 11:00-da yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan beş nəfər (ikisi kişi, üçü qadın cinsli olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hazırkı vəziyyətləri stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.
*** 13:55
Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Gəncədə restoranda qətllə bağlı 7 nəfər saxlanılıb
Gəncədə restoranda baş verən qətlə görə 7 nəfər həbs olunub. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, buna səbəb həmin şəxslərin hadisə baş verən an iaşə oby...