Cəlilabadda ağacları qanunsuz kəsən şəxs cərimə olunub
09
may
2023
20:41
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad şəhəri, Heydər Əliyev prospektində qanunsuz ağac kəsilməsi ilə bağlı araşdırma aparılıb.
"Report"un Muğan bürosunun məlumatına görə, aparılan araşdırma zamanı qanunsuz 2 ədəd ağacı kəsən Cəlilabad şəhər sakini 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən cəzalandırılaraq cərimə olunub.
Kəsilmiş ağacların yerində Cəlilabad bələdiyyəsi və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən həmcins ağaclar yenidən əkilib.
Oxşar xəbərlər
“Bandotdel”dən əməliyyat, 8 nəfər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Meşələrin İnkişaf...