Nazirliklə xəstəxana arasında QALMAQAL - FOTO

Nazirliklə xəstəxana arasında QALMAQAL - FOTO
Foto
Hadisə 270

Bərdə rayon Prokurorluğunun ağacların kəsilməsi ilə bağlı yaydığı məlumata Bərdə rayon mərkəzi xəstəxanası münasibət bildirib.

Bərdə rayon mərkəzi xəstəxanasından BAKU.WS-ə bildirilib ki, ötən ilin noyabr ayında xəstəxananın həyətində abadlıq və iməcilik işləri aparılaraq xəstəxananın həyəti kol kosdan və yabanı bitkilərdən təmizlənib.

Ərazidə bir neçə ağacda isə budama işləri aparılıb ki, buna da səbəb budaqların yüksək gərginlikli elektrik xətlərinə dəyməsi olub.

Uzun illərdir ki, ağaclarda budama işi aparılmadığından elektrik xətlərində yağışlı və küləkli havada tez-tez açılma və qırılma baş verirdi. Bu da xəstəxanaya verilən elektrik enerjisində uzun müddətli fasilələr yaradırdı.

Rayon mərkəzi xəstəxanasının şöbə müdiri Yəhya Qasımov qeyd edib ki, yaxın zamanlarda tibb müəssisəsinin həyətində heç bir ağac kəsilməyib: "Əksinə, son bir neçə ildə burada çoxlu sayda müxtəlif növ ağac və gül kolları əkilərək yaşıllıq sahələri genişləndirilib. Xəstəxananın həyətində kəsilmiş bir neçə ağac kötüyü var ki, həmin ağaclar da 10 ildən çoxdur ki, kəsilib".

Qeyd edək ki, kəsilmiş şam ağacları iki il əvvəl quruduğu üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xüsusi icazəsi əsasında kəsilib. Xəstəxana da iddia edir ki, nazirlik həmin ağacların şəklini çəkərək prokurorluğa göndərib.

Bərdə rayon Prokurorluğunun yaydığı məlumatda bildirilir ki, “Bərdə rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin həyətində olan 15 ədəd ağacın köküstə kəsilərək məhv edilməsi və 40 ədəd ağacın isə qanunsuz olaraq budanması ilə bağlı 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş material üzrə araşdırma aparılır.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 259.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər