Cəlilabadda 20 yaşlı qız itkin düşüb - FOTO

Cəlilabadda 20 yaşlı qız itkin düşüb - FOTO
Foto
Hadisə 149

Cəlilabad rayonunun Moranlı kənd sakini, 2001-ci il təvəllüdlü Zəkirə Nadir qızı Mirzəyeva noyabrın 6-da saat 13:00 radələrində Cəlilabad şəhəri ərazisindəki mərkəzi bazardan naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb.

Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Zəkirə Mirzəyevanın əlamətləri bunlardır: Boyu 152 sm, gözləri qonur rəngdədir, orta bədən quruluşludur. İtkin düşən zaman üzərində boz rəngli gödəkçə və cins şalvar olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Cəlilabad Rayon Polis Şöbəsinə 055-248-17-33 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər

Tovuzda ana və azyaşlı oğlu itkin düşüb - FOTO

Tovuzda ana və azyaşlı oğlu itkin düşüb - FOTO

Tovuzda itkin düşən ana və beş yaşlı oğlu axtarılır. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, rayo...

226 Hadisə 14:31 10 noyabr 2021

Son xəbərlər